Kömək

Amd.az-da necə uğur qazanmaq olar?

Hörmətli mütəxəssislər və sifarişçilər, siz bu servisdə uğur qazanmaq üçün təlimata uyğun hərəkət etmək vacibdir.

Mütəxəssisə aid təlimat

    Saytda Mütəxəssis kimi fəaliyyət göstərmək üçün göstərilən şərtlərə əməl etməlisiniz:
  • "Mütəxəssis ol" düyməsini basmaqla Mütəxəssis kimi qeydiyyatdan keçmək;
  • İşgüzar Profil / Səhifənizdə düzgün qeydiyyat aparmaq...Daha ətraflı

    AMD.AZ-da qeydiyyatdan keçərkən sizin işgüzar profiliniz avtomatik olaraq yaradılır.Sadəcə nümunə kimi göstərilən xanalardakı yazıları öz məlumatlarınızla əvəz etməlisiniz.
    Bunun üçün saytın yuxarı sağ küncündə "Profili Redaktə et" linki basaraq profilinizi redaktə etmək üçün səhifəyə keçid alacaqsınız. Orada redaktə etmək istədiyiniz bölməni seçərək Redaktə Etmək düyməsini basacaq və nümunə kimi göstərilən xanadakı yazını yuxarda qeyd etdiyimiz kimi öz məlumatınızla əvəz edəcək, Təsdiq Et düyməsini basaraq həmin bölməni redaktə etmiş olacaqsınız. Digər bölmələri də yuxarıda göstərilən əməliyyatı təkrar aparmaqla redaktə etmiş olursunuz.

  • Pulsuz Elan yaradıb özünüzü mütəxəssis kimi təqdim edib, göstərdiyiniz xidmətlərə sifarişçiləri cəlb etmək...Daha ətraflı

    Elan yaratmaq üçün səhifənin yuxarı sağ küncündə yerləşən menyuda "Elan yaratmaq" düyməsini basmalı və açılacaq səhifədə göstərilən məlumat xanalarını düzgün doldurub “Elan Yerləşdirmək” düyməsini basaraq əməliyyatı tamamlamalısınız.

    Sifarişçilər tərəfindən özünüz haqqında Peşəkar rəy formalaşdırmaq üçün aşağıda göstərilən onlayn alətlərdən istifadə etmələsiniz:
  • İşgüzar xəbərlərinizi dərc etmək...Daha ətraflı

    Bunun üçün saytda “Maraqlı” adlanan menyudan "İşgüzar Xəbər" bölümə keçid alıb öz işlərinizlə bağlı məlumatlar yerləşdirə bilərsiniz.

  • Mütəxəssis kimi məsləhətlər verib peşəkarlığınızı təstiq etmək...Daha ətraflı

    Bunun üçün saytda “Maraqlı” adlanan menyudan “Mütəxəssis məsləhəti” bölümə keçid alıb orada peşənizlə bağlı sualları seçəcək və məsləhətlərinizi dərc edə bilərsiniz.

  • Peşəkar biliklərinizlə bölüşmək...Daha ətraflı

    Bunun üçün saytda “Maraqlı” adlanan menyudan “Öyrətmə” adlı bölümə keçid alıb orada peşənizlə bağlı biliklərinizi dərc edə bilərsiniz.

  • Hazır işlərinizi numayiş etdirmək...Daha ətraflı

    Bunun üçün saytda “Maraqlı” adlanan menyudan "Görülən işlər" bölümünə keçid alıb hazır işlərinizi dərc edə bilərsiniz.

    Göstərdiyiniz xidmətlərə görə sifarişlərin sayını artırmaq istəyirsinizsə, onda AMD.az servisin sizə təklif etdiyi digər imkanlardan da istifadə etməlisiniz:
  • Saytın Baş və digər tez-tez baxılan səhifələrində elanınızın göstərilmək imkanı...Daha ətraflı

    Əgər siz istəyirsiniz ki, yaratdığınız elanı sifarişçilər tez görsünlər, onda müddətli “Premium Tarif”ə keçməlisiniz. Premium tarifə keçdikdə sizin elanınız avtomatik olaraq AMD.AZ-ın baş səhifəsində, həmçinin digər tez-tez baxılan səhifələrində yerləşdiriləcək və Premium Tarifinizin müddəti bitənə qədər göstəriləcəkdir. Nəzərinizə çatdırmaq istərdik ki, “Premium Tarif”-ə keçid Standart Tarifə keçdikdən sonra mümkündür.

  • Bir Pulsuz elandan başqa, müxtəlif xidmətlərinizə görə digər beş elanda yerləşdirmək imkanı...Daha ətraflı

    Bunun üçün siz “Standart Tarifə” keçməlisiniz. Elan yaratmaq üçün səhifənin yuxarı sağ küncündə yerləşən menyuda "Elan yaratmaq" düyməsini basmalı və açılacaq səhifədə göstərilən məlumat xanalarını düzgün doldurub “Elan Yerləşdirmək” düyməsini basaraq əməliyyatı tamamlamalısınız.

  • Reytinqdə iştirak etməklə sifarişçilər tərəfindən peşəkarlığınızı qiymətləndirmək...Daha ətraflı

    Bu imkandan istifadə etməklə siz həm Baş səhifədə reytinq bölməsində görsənmək imkanı əldə edirsiniz və üstəlik sifarişçilər tərəfindən sizə olan inamı və etibarı artırmış olursunuz. Nəzərinizə çatdırmaq istərdik ki, saytda reytinqi çox olan mütəxəssislərə müraciət edənlərin sayı həmişə çox olur və bunun üçün saytda reytinq mexanizmi fəaliyyət göstərir. Reytinqlərin nəticələri yalnız mütəxəssislər “Standart Tarif”ə keçdikdə aktiv olur. Bilməlisiniz ki, “Standart Tarif”ə keçmək mütəxəssislərə reytinqlərinin yüksək olacağına zəmanət vermir. Reytinqin yüksək olmasının əsas səbəblərindən biri də mütəxəssislərin öz işlərində müştərilərə qaneedici xidmət göstərməsidir.

      Servisdə reytinq mexanizmi aşağıda göstərilən prosedur qaydası ilə həyata keçirilir:
    • Sifarişçi və mütəxəssis bir-biriləri ilə yazışdıqda Sifarişçinin yazışmasında “N-li əqdi təsdiqə göndər” düyməsi aktiv olacaq.
    • Sifarişçi reytinqdə iştirak etmək üçün mütləq bu düyməni basmalıdır. Düymə basıldıqda "N-li əqdi Təsdiqə göndərməsi" barədə Mütəxəssisə bildiriş gedir. Əgər Mütəxəssis əqdi təsdiq etməzsə, sifarişçi reytinqdə iştirak edə bilməz.
    • Əks halda mütəxəssis əqdi təsdiqləsə Sifarişçiyə "N-li əqd təsdiqlənib" barədə bildiriş gedəcəkdir.
    • Bu zaman sifarişçi üçün "Reytinqdə iştirak etmək" düyməsi həmin yazışmada aktiv olacaq və sifarişçi bu düyməni basmaqla, "Reytinqdə İştirak Etmək" pəncərəsi yaranacaqdır.
    • Orada üç sualın hər birinə görə sifarişçi öz qiymətini verib və sonda "Təsdiq etmək" düyməsini basmaqla reytinqdə iştirak etmək prosedurunu bitirmiş olur.

    Bu qayda onun üçün xidmətə tətbiq olunub ki, mütəxəssisə qiymət verən kənar şəxslər yox, həqiqi müştəri olsun. Nəticədə reytinqdə göstərilən xallar mütəxəssisi düzgün qiymətləndirə bilsin və müştərilər üçün reytinq göstəricilərinə baxaraq seçim etmək asan olsun. AMD.AZ saytında reytinq mexanizminin tətbiq edilməsi istər-istəməz mütəxəssisləri sifarişçilər ilə daha məsuliyyətli olmağa yönəldəcəkdir.

  • Sosial şəbəkələrdə (facebook-da) saytda dərc etdiyiniz məlumatlarınızla bölüşmək imkanı...Daha ətraflı

    Sifarişçi, yaxud sayta daxil olan istifadəçilər burada yerləşdirdiyiniz məlumat və gördüyünüz işləri bəyəndikdə dərhal sosial şəbəkələrdə (facebook-da) olan dostları ilə paylaşa biləcəklər. Bu paylaşma həm bir başa sizi bir mütəxəssis kimi, həm də saytın tez bir zamanda tanınmasına köməklik edəcək.

  • Saytın "Şərəf lövhəsi" adlı səhifədə göstərilmək imkanı...Daha ətraflı

    Bu səhifədə göstərilmək üçün siz reytinqdə yüksək bal almalısınız (5 ulduz) və xidmət göstərdiyiniz sahədən asılı olaraq müəyyən sayda (100-500) əqd bağlamalısınız. Şərəf Lövhəsində olmaq hər bir mütəxəssis üçün qürur verici və şərəfli hadisə və eyni zamanda böyük inam və etibar sahibinə çevrilməsi deməkdir.

    Əlaqə və işbirliyi yaratmaq imkanı:
  • Saytda mütəxəssislər sifarişçilərlə əlaqə yaratmaq üçün - İsmarış göndərmək əməliyyatından istifadə edə bilərlər...Daha ətraflı

    Bu əməliyyatı bir neçə yolla aparmaq olar: yaradılmış Elanların üzərindəki "Əlaqə Yarat" düyməsini basaraq bir başa İsmarış Yazmaq səhifəsinə keçməklə, yaxud saytın yuxarı sağ küncündə "İsmarış qutusu" linkini basaraq İsmarış qutusu səhifəsinə keçib və orada "İsmarış Yazmaq" düyməsini basaraq İsmarış Yazmaq səhifəsinə keçid alaraq ismarışınızı yazıb göndərə bilərsiniz.

  • Əgər qəbul etdiyiniz sifariş işinin həcmi böyükdürsə, yəni zaman baxımından onun icraatını tək həyata keçirə bilmirsinizsə onda siz iş yükünü digər mütəxəssislərlə (onların sayı bir nəfərdən çox şərti ilə) bölüşmək məqsədi ilə işbirliyi yarada bilərsiniz...Daha ətraflı

    Bunun üçün saytda “Maraqlı” adlanan menyudan "Birgə Layihə" adlı silka ilə eyni adlı bölməyə keçid almalısınız. Sonra orada "Birgə Layihə yaratmaq" düyməsini basdıqda yaranan yazı xanalarını doldurmalısınız. Və yazı xanalarında qeyd aparıldıqdan sonra "Dərc Etmək" düyməsini basıb əməliyyətı tamamlamalısınız.

Sifarişçiyə aid təlimat

    Saytda Sifarişçi kimi fəalliyyat göstərmək istəyirsinizsə:
  • İlk növbədə qeydiyyatdan keçməli, yaxud facebook-da hesabınız varsa birbaşa sayta “facebook” düyməsini basmaqla sifarişçi kimi daxil olmalısınız.
    Sifariş işlərinə mütəxəssisləri cəlb etmək imkanı:
  • AMD.az saytında Sifarişçilər iki yolla mütəxəssisləri sifariş işlərə cəlb edə bilərlər...Daha ətraflı

    Sifarişçi özü mütəxəssisləri saytda müəyyən kriteriyalara uyğun olaraq onları seçir və sonra seçdiyi mütəxəssislərlə əlaqə yaradıb onları sifariş işinə dəvət edir. Digər yolla Sifarişçi istədiyi şərtləri göstərərək elan yaradıb mütəxəssisləri sifariş işlərinə cəlb edir və sonra sifariş elanına maraq göstərən mütəxəssislər tərəfindən əlaqə yaratmağını gözləyir.

  • Əgər Elan yaratmaqla mütəxəssis cəlb etmək istəyirsinizsə onda siz İşgüzar Profil / Səhifənizdə düzgün qeydiyyat aparmalı, sonra isə "Sifariş Elanı" yaratmalısınız...Daha ətraflı

    İşgüzar Profil / Səhifənizdə düzgün qeydiyyat aparmaq üçün saytın yuxarı sağ küncündə "Profili Redaktə et" linki basaraq profilinizi redaktə etmək üçün səhifəyə keçid alacaqsınız. Orada redaktə etmək istədiyiniz bölməni seçib və Redaktə Etmək düyməsini basıb nümunə kimi göstərilən xanadakı yazını yuxarda qeyd etdiyimiz kimi öz məlumatınızla əvəz edib və Təsdiq Et düyməsini basaraq həmin bölməni redaktə etmiş olacaqsınız. Digər bölmələri də yuxarıda göstərilən əməliyyatı təkrar aparmaqla redaktə etmiş olursunuz.

    Elan yaratmaq üçün səhifənin yuxarı sağ küncündə yerləşən menyuda "Elan yaratmaq" düyməsini basmalı və açılacaq səhifədə göstərilən məlumat xanalarını düzgün doldurub “Elan Yerləşdirmək” düyməsini basaraq əməliyyatı tamamlamalısınız.

    Əgər siz istəyirsiniz ki, yaratdığınız sifariş elanı mütəxəssislər tez görsünlər, onda müddətli “Premium Tarif”ə keçməlisiniz. Premium tarifə keçdikdə sizin elanınız avtomatik olaraq AMD.AZ-ın baş səhifəsində və digər tez-tez baxılan səhifələrində yerləşdiriləcək və Premium Tarifinizin müddəti bitənə qədər göstəriləcəkdir.

    Böyük həcmli işləri mütəxəssislər vasitəsilə yerinə yetirmək üçün "Birgə layihə" yaratmaq imkanı:
  • Həmçinin sifariş verdiyiniz işin həcmi böyükdürsə və sizə bir nəfərdən çox müxtəlif sahələrdən çalışan mütəxəssislər lazımdırsa, onda asan üsülla "Birgə Layihə" hazırlayıb mütəxəssisləri bu layihəyə cəlb edə bilərsiniz...Daha ətraflı

    Bunun üçün saytda “Maraqlı” adlanan menyudan "Birgə Layihə" adlı silka ilə eyni adlı bölməyə keçid almalısınız. Sonra orada "Birgə Layihə yaratmaq" düyməsini basdıqda yaranan yazı xanalarını doldurmalısınız. Və yazı xanalarında qeyd aparıldıqdan sonra "Dərc Etmək" düyməsini basıb əməliyyətı tamamlamalısınız.

    Sifarişçilərin nəzərinə çatdırmaq istəyirik ki, mütəxəssis seçimini daha düzgün aparılması üçün servisdə reytinq mexanizmi tətbiq olunub.
  • Yəni hər bir mütəxəssis bir baldan beş bala qədər sifarişçilər tərəfindən qiymətləndirilə bilər. Və seçim zamanı reytinqdə yüksək bal almış mütəxəssislərə üstünlük verməyiniz sizin üçün daha düzgün qərar olar...Daha ətraflı

    Reytinqdə iştirak etməzdən əvvəl sifariş verdiyiniz mütəxəssisin tarifinin Standart yaxud Premium Tarif olmasına əmin olmalısınız. Əks halda sifarişçinin reytinqdə iştirak etməsinə baxmayaraq reytinqdə verilən qiymət mütəxəssis üçün aktiv olunmayacaq.

      Servisdə reytinq mexanizmi aşağıda göstərilən prosedur qaydası ilə həyata keçirilir:
    • Sifarişçi və mütəxəssis bir-biriləri ilə yazışdıqda Sifarişçinin yazışmasında “N-li əqdi təsdiqə göndər” düyməsi aktiv olacaq.
    • Sifarişçi reytinqdə iştirak etmək üçün mütləq bu düyməni basmalıdır. Düymə basıldıqda "N-li əqdi Təsdiqə göndərməsi" barədə Mütəxəssisə bildiriş gedir. Əgər Mütəxəssis əqdi təsdiq etməzsə, sifarişçi reytinqdə iştirak edə bilməz.
    • Əks halda mütəxəssis əqdi təsdiqləsə Sifarişçiyə "N-li əqd təsdiqlənib" barədə bildiriş gedəcəkdir.
    • Bu zaman sifarişçi üçün "Reytinqdə iştirak etmək" düyməsi həmin yazışmada aktiv olacaq və sifarişçi bu düyməni basmaqla, "Reytinqdə İştirak Etmək" pəncərəsi yaranacaqdır.
    • Orada üç sualın hər birinə görə sifarişçi öz qiymətini verib və sonda "Təsdiq etmək" düyməsini basmaqla reytinqdə iştirak etmək prosedurunu bitirmiş olur.
    • Bu qayda onun üçün xidmətə tətbiq olunub ki, mütəxəssisə qiymət verən kənar şəxslər yox, həqiqi müştəri olsun. Nəticədə reytinqdə göstərilən xallar mütəxəssisi düzgün qiymətləndirə bilsin və müştərilər üçün reytinq göstəricilərinə baxaraq seçim etmək asan olsun. AMD.AZ saytında reytinq mexanizminin tətbiq edilməsi istər-istəməz mütəxəssisləri sifarişçilər ilə daha məsuliyyətli olmağa yönəldəcəkdir.
    Mütəxəssislərlə Əlaqə yaratmaq imkanı:
  • Saytda sifarişçilər mütəxəssislərlə əlaqə yaratmaq üçün - İsmarış göndərmək əməliyyatından istifadə edə bilərlər...Daha ətraflı

    Bu əməliyyatı bir neçə yolla aparmaq olar: yaradılmış Elanların üzərindəki "Əlaqə Yarat" düyməsini basaraq bir başa İsmarış Yazmaq səhifəsinə keçməklə, yaxud saytın yuxarı sağ küncündə "İsmarış qutusu" linkini basaraq İsmarış qutusu səhifəsinə keçib və orada "İsmarış Yazmaq" düyməsini basaraq İsmarış Yazmaq səhifəsinə keçid alaraq ismarışınızı yazıb göndərə bilərsiniz.

    Bəyənilən mütəxəssisləri saytda yadda saxlamaq imkanı:
  • Gələcəkdə bəyəndiyiniz mütəxəssisləri saytda tez tapmaq üçün onların işgüzar məlumatını "Bəyəndiyim" bölümündə yadda saxlaya bilərsiniz...Daha ətraflı

    Bunun üçün saytda hər bir mütəxəssis elanının sol və aşağı hissəsində yerləşən "Saxlamaq" adlı düyməni basmalısınız. Və saxlanan mütəxəssisin məlumatı Bəyəndiyim bölümündə dərhal yaradılır.
    İstədiyiniz mütəxəssisi "Bəyəndiyim" bölümündən silmək üçün həmin düyməni təkrar basmalısınız.

    Bəyənilən mütəxəssisləri dostlarınıza və tanışlarınıza asan yolla tanıtmaq və tövsiyə etmək :
  • Bəyənilən mütəxəssisləri dostlarınıza və tanışlarınıza tanıtmaq və tövsiyəni bir neçə yolla edə bilərsiniz...Daha ətraflı

    Əgər dostlarınız sosial şəbəkələrdə varsa (facebook-da) onda siz mütəxəssisin işgüzar Profil / Səhifəsindən bir-başa facebook-un paylaşma düyməsindən istifadə etməklə, yaxud mütəxəssisin İşgüzar Profil / Səhifəsinin linkini köçürüb electron poçt və digər məlumat ötürüçü vasitələrlə göndərə bilərsiniz.

PS: Sonda nəzərinizə çatdırmaq istərdik ki, saytda olan xidmətlərlə və yarana biləcək problemlərlə bağlı bizə yazaraq sual verə bilərsiniz, bunun üçün saytda baş səhifədə “Onlayn Kömək” adlı bölmə yaradılmışdır. Bu bölmənin köməkliyi ilə siz istənilən sual və problemlər barədə bizə yazaraq dərhal cavab ala bilərsiniz. Suallarınızı daxili elektron ünvanımıza da göndərə bilərsiniz:

Diqqətinizə görə təşəkkür edirik!